Daha bir dairədə seçkinin nəticələri ləğv edildi.

Oxunma sayı: 433
16-02-2020, 19:15

Daha bir dairədə seçkinin nəticələri ləğv edildi.
Xəbər verildiyi kimi, bu gün MSK-nın növbəti iclası keçiriləcək. İclasın əsas gündəliyi seçki dairələrində baş verənlər, saxtakarlıq hallarının araşdırılması və edilən şikayətlərə baxılmasıdır.
Arasdırma.info xəbər verir ki, dünən keçirilən iclasda edilən şikayətlərə və aparılan araşdırmalara rəğmən, 4 seçki dairəsində seçkinin nəticələri ləğv olunub. Bəzi müşahidəçilərin fikrincə, proses bununla bitməyəcək və daha bir neçə dairədə nəticələr ləğv olunacaq.

Az öncə yayılmış məlumatlara görə, 125 saylı Qubadlı-Zəngilan Secki Dairəsinin nəticələri yerli DSK tərəfindən ləgv edilib. Məlumatda deyilir ki, həmin dairədə ciddi qanun pozuntularının olduğu və keçmiş deputat İmamverdi İsmayılovun xeyrinə saxtalaşdırılma edildiyi sənədə qeyd olunub. Sənəd MSK-ya göndərilib və bu gün keçiriləcək iclasda müzkirə olunacaq.

JAMAZ.İNFO 125 saylı Qubadlı-Zəngilan Secki Dairəsinin DSK-sı ilə əlaqə saxlayıb. Oradan bununla bağlı heç bir açıqlama verə bilməyəcəyini deyiblər. Bildiriblər ki, məsələ barədə MSK özü açıqlama yayacaq.

Xatırladaq ki, sözügedən dairədə lider namizəd keçmiş deputat İmamverdi İsmayılov olub.

Paylaş
Xəbər lentİ