Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTO

Oxunma sayı: 358
21-02-2020, 07:35

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTOFevralın 20-də Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib.

AZƏRTAC xəbər verir ki, ziyafətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.
Dövlət başçıları ziyafətdə çıxış ediblər.
Sonra Kuirinale Sarayında 2020-ci il İtaliyada Azərbaycan Mədəniyyət İlinin açılışı münasibətilə konsert proqramı təqdim olunub.
Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini ifa edib.

araşdırma.info

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTO


Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTO

Paylaş
Xəbər lentİ