Prezidentin istefaya göndərdiyi generallar kimdir?

Oxunma sayı: 336
27-02-2020, 17:00

Prezidentin istefaya göndərdiyi generallar kimdir?
Prezident İlham Əliyevin sərəncamı ilə bu gün general-leytenantlar Asif Mikayıl oğlu Cəbrayılov, Əsgər Sabir oğlu Xəlilov və Fərhad Sabir oğlu Tağızadə “Rəşadət” ordeni ilə təltif ediliblər.

Axar.az xəbər verir ki, onlara orden Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə verilib.

Prezidentin digər sərəncamı ilə sözügedən generallar istefaya göndərilib.

Qeyd edək ki, Asif Cəbrayılov Dövlət Sərhəd Xidmətinin rəis müavini, Əsgər Sabir oğlu Xəlilov Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı, Fərhad Sabir oğlu Tağızadə isə Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavinidir.

Paylaş
Xəbər lentİ