MM-in sessiyasında sensasiya yaşanır: Paşayeva da..

Oxunma sayı: 368
10-03-2020, 18:59

MM-in sessiyasında sensasiya yaşanır: Paşayeva da..
Milli Məclisin bugünkü ilk iclasında sensasiya sayıla biləcək seçimlərə imza atılıb.

Arasdırma.info xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasından olan millət vəkili Fəzail İbrahimlinin vitse-spiker postuna YAP tərəfindən namizəd irəli sürülməsi və onun bu vəzifəyə seçilməsi diqqəti cəlb edib.

Beləliklə, MM tarixində müxalifətdən olan deputatın hakim partiyanın dəstəyi ilə vitse-spiker vəzifəsini tutması faktı ilk dəfə olaraq yaşanıb.

Digər sürpriz seçimlər isə bunlardır:

Qənirə Paşayeva (bitərəf) - Mədəniyyət komitəsinin sədri;

Adil Əliyev – vitse-spiker və Gənclər və idman komitəsinin sədri;

Fəzail İbrahimli (VHP) - İctimai birliklər və dini qurumlar komitəsinin sədri;

Zahid Oruc (bitərəf) - İnsan hüquqları komitəsinin sədri.

Paylaş
Xəbər lentİ