Arasdirma.info

Prezident onlara xəbərdarlıq etdi: Xəyanətdir...

7-04-2020, 17:55

Prezident onlara xəbərdarlıq etdi: Xəyanətdir...
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında Bakı Tekstil Fabriki MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirakı bir daha sübut etdi ki, Azərbaycan rəhbərliyi koronovirusla mübarizənin ön cəhbəsindədir.

Arasdırma.info xəbər verir ki,bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maska və dezinfeksiya vasitələrinin böyük qıtlığı yaşanır. İstehsalçı ölkələr tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracına da qadağa qoyublar:

“Bu baxımdan ən qısa müddətdə ölkədə spirt qıtlığının aradan qaldırılması, daha sonra isə cəmi iki həftə ərzində tibbi maska istehsalına başlanılması Prezident İlham Əliyevin bu sahəyə diqqətinin və əhalinin sağlamlığına həssaslığının birbaşa nəticəsidir”.

Politoloq xatırladıb ki, yeni müəssisədə birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək:

“Azərbaycanın tibbi maska istehlakı təxminən gündəlik 200 min civarında göstərildi. Beləliklə, birinci mərhələdə tibbi maska daxili tələbatın əhəmiyyətli hissəsini qarşılayacaq. Yaxın günlərdə daha bir istehsal xətti qurulacağı və istehsalın gündəlik 250 min tibbi maskaya çatdırılacağı bildirilir. Beləliklə, daxili tələbatın ən qısa müddətdə tam ödəniləcəyi, hətta ixrac imkanlarının yaranacağı gözlənilir”.

Q.Hüseynli açılış mərasimində Prezident İlham Əliyevin xalqa müraciətinə də diqqət çəkib:

“Prezident ilk növbədə süni qiymət artımına qarşı çıxdı. Bu məqamda hədəf tibbi maskalarla bağlı olsa da, Prezident fürsətdən istifadə edən bütün sahibkarlara bir xəbərdarlıq mesajı da ünvanladı ki, süni qiymət artımına yol vermək olmaz. Hətta cənab İlham Əliyev açıq mətnlə dedi ki, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq, çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək.

Digər tərəfdən, Prezidentin də vurğuladığı kimi, ən qısa müddətdə bu cür istehsal müəssisəsinin qurulması ölkənin iqtisadi imkanlarını və əvvəlcədən yaradılan şəraitin nəticəsidir. Yəni kredit verildi, yer ayrıldı və cəmi iki həftəyə müəssisə quruldu təsəvvürü yanlışdır. Bu operativlik üçün ölkədə şərait formalaşdırılıb, əlaqəli strukturlar, istehsal sahələri yaradılıb. Təsadüfi deyil ki, tibbi maska müəssisəsinin xammalı da yerli istehsaldır”.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN