Maqsud Mahmudov Ukraynada saxlanıldı - FOTO

Oxunma sayı: 383
10-04-2020, 22:35

Maqsud Mahmudov Ukraynada saxlanıldı - FOTO
Azərbaycanda barəsində beynəlxalq axtarış verilən, iş adamı kimi tanınan Maqsud Mahmudov Ukraynada saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidmətinin rəsmi saytı məlumat yayıb.

Rəsmi məlumatda bildirilir ki, adıçəkilən şəxs ötən ilin noyabrından etibarən paytaxt Kiyevdə gizlənib. 51 yaşlı Mahmudov paytaxtda yalnız taksi xidmətindən istifadə edib və tez-tez telefon nömrələrini dəyişib.

O, burada siyasi mühacir statusu almağa cəhd göstərib. Maqsud Mahmudov Qoloseyevski rayon ərazisində saxlanılıb.

Qeyd edək ki, Maqsud Mahmdudov qalmaqallı lombard sahibi kimi tanınıb. Bir müddət əvvəl onun qızılları ölkədən götürüb qaçması, zərərçəkənlərin polisə şikayət etməsi ilə bağlı mətbuatda xəbərlər də dərc olunmuşdu. M.Mahmudov daha əvvəl fırıldaqçılığa görə həbsdə də olub.
Maqsud Mahmudov Ukraynada saxlanıldı - FOTO

Paylaş
Xəbər lentİ