Azərbaycanda daha iki siyasi partiya qeydə alındı

Oxunma sayı: 349
16-04-2020, 19:34

Azərbaycanda daha iki siyasi partiya qeydə alındı
Azərbaycanda daha iki siyasi partiya qeydə alınıb.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyat ilə bağlı müraciətlərinə əsasən təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi öyrənilib və onların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.


Bununla bağlı, aprel ayının 16-da Ədliyyə Nazirliyinin rəhbərliyi ilə qeydiyyata alınmış partiyaların sədrləri Sülhəddin Əkbər və Musa Ağayev arasında görüş keçirilib və onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib.

Paylaş
Xəbər lentİ