Məhkəmə Vilyam Hacıyevin barəsində qərar verdi - Yeniləndi

Oxunma sayı: 340
6-05-2020, 18:34

Məhkəmə Vilyam Hacıyevin barəsində qərar verdi - Yeniləndi
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Arasdırma.info xəbər verir ki, Səbail Rayon Məhkəməsində verilən təqdimatı təmin edilib və Vilyam Hacıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

18:20

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.

Teleqraf.com xəbər verir ki, Səbail Rayon Məhkəməsində onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanınının təqdimatına baxılır.

Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.

Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.Teleqraf.com

Paylaş
Xəbər lentİ