ATV-nin yayımı dayandırıldı - QƏRAR

Oxunma sayı: 353
9-05-2020, 07:33

ATV-nin yayımı dayandırıldı - QƏRAR
ATV televiziya kanalının yayımı 1 saatlıq dayandırılıb.

Bununla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 6-da keçirilən iclasında qərar qəbul edilib.

Qeyd olunub ki, 1 may 2020-ci il tarixdə ATV televiziyasının efirində yayımlanan “Bəzədilmiş duvaq” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulub.

Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq ATV televiziya kanalının efirində 9 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 10:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

ATV-nin yayımı dayandırıldı - QƏRAR

Paylaş
Xəbər lentİ