Nazirin həbs olunan 12 illik köməkçisi və müavini kimdir?

Oxunma sayı: 340
13-05-2020, 04:47

Nazirin həbs olunan 12 illik köməkçisi və müavini kimdir?
DTX-nın keçirdiyi əməliyyat nəticəsində saxlanılan Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun bu sahəyə yad olduğu haqda yanlış ehtimallar səsləndirilir.

Arasdırma.info xəbər verir ki, sözügedən məqamı nəzərə alaraq, R.Bayramovun dosyesini təqdim edir:

Rafiq Yasin oğlu Bayramov 10 noyabr 1972-ci ildə anadan olub, Bakı Dövlət Universitetinin tarix fakültəsini 1995-ci ildə bitirib.

Xüsusi diqqət etməli məqamdır ki, o, əsgəri xidmətini 1995-97-ci illərdə Milli Qvardiyada keçib.

Nizami rayon İH-in Gənclər və İdman İdarəsində, Bakı şəhər İcra Hakimiyyətinin Aparatında müxtəlif vəzifələrdə çalışıb.

2001-2003-cü ildə, yəni Əbülfəs Qarayev Gənclər, İdman və Turizm naziri olarkən sözügedən nazirlikdə baş təlimatçı, 2003-cü ildən sonra isə nazirin köməkçisi olub.

2006-cı ildə - Əbülfəs Qarayev Mədəniyyət və Turizm naziri təyin edildikdə o da yeni nazirliyə gəlib və 2006-2014-cü illərdə burada Ə.Qarayevin köməkçisi olub.

2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

27 iyun 2018-ci ildə isə nazir müavini təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Axar.az

Paylaş
Xəbər lentİ