Baş prokuror özünə yeni köməkçilər təyin etdi

Oxunma sayı: 370
19-05-2020, 04:43

Baş prokuror özünə yeni köməkçilər təyin etdi
Baş prokuror Kamran Əliyev özünə yeni köməkçilər təyin edib.

Arasdırma.info sabah.az-a istinadlar xəbər verir ki, bununla bağlı Baş prokuror müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokurorları Emin Nəsibov və Elnur Musayev Baş prokurorun köməkçisi vəzifəsinə təyin olunublar.

Xatırladaq ki, yeni Baş prokuror daha öncə verdiyi əmrlə bütün köməkçilərini vəzifədən azad etmişdi.

Paylaş
Xəbər lentİ