Azərbaycanda doqquz hakimin səlahiyyətlərinə xitam verildi, yeddisi vəzifədən azad edildi

Oxunma sayı: 346
19-05-2020, 18:02

Azərbaycanda doqquz hakimin səlahiyyətlərinə xitam verildi, yeddisi vəzifədən azad edildi
Mayın 19-da dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərin, məhkəmə fəaliyyətində mövcud problem və neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə dair Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.

Məhkəmə-Hüquq Şurasından Cahantv.az-a verilən məlumata görə, müşavirədə son bir ildə 50-dən çox məhkəmədə monitorinqlər aparılıb, aşkar edilən pozuntular 150-dən artıq hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb.

Yol verilmiş süründürməçilik, sui-istifadə, vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara, o cümlədən korrupsiya əməllərinə şərait yaradan hallara görə ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, iki nəfərin səlahiyyətlərinə xitam verildiyi, yeddi nəfərin tutduğu vəzifədən azad olunduğu, son aylarda isə Ali Məhkəmənin beş hakiminin aşağı işə keçirildiyi, yeddisinin isə səlahiyyətlərinin uzadılmayaraq xitam edildiyi bildirilib.

Paylaş
Xəbər lentİ