Milli Şuranın iclasında müxalifət partiyaları təhqir olundu

Oxunma sayı: 392
8-06-2020, 15:07

Milli Şuranın iclasında müxalifət partiyaları təhqir olundu
Sosial şəbəkələrdə "Milli Şura" adlı qurumun "xüsusi əhəmiyyətli" iclasından növbəti görüntülər yayılıb.



Modern.az xəbər verir ki, qeyri-etik ifadələrlə zəngin olan iclas izləyicilərdə gülüş doğurub.



Onların budəfəki söhbətlərində bütövlükdə Azərbaycan cəmiyyəti, REAL, Ümid və digər müxalif partiyaları təhqir edilir.



İclasda Cəmil Həsənli "Digər müxalif partiyalar elə tryapkaya çevrilib ki, indi o tryapka ilə heç ayaqqabı da silmək olmaz". Rəhim Hacıyev isə bildirib ki, "Azərbaycan cəmiyyəti iddialıdır, intizamsız, çox danışan və məsuliyyətsizdirlər". Onların danışığına reaksiya verən Gültəkin Hacıbəyli "Oy, nə gözəl xarakterizə ediblər, nə gözəl xarakteristikadı" deyərək qəhqəhə ilə gülür.



Sosial şəbəkədə isə videogörüntü belə şərh edilir:

- "Dəhşət, xaricinin sözüylə xalqını təhqir edənlər, Azərbaycan cəmiyyətinə ağıl öyrətmək, guya doğruları göstərmək istəyənlərdir bunlar, batdıqca batırlar!".

- "Millət qayğısı çəkənlərin" qeybətxana şousu davam edir. "Blokadada" olan Əli Kərimli iclasa "powerbank"la qoşuldu, cəbhəçilərdən inandırıcı təkzib gözləyirik".

Paylaş
Xəbər lentİ