Məhkəmə DTX-nin həbs etdiyi icra başçısı ilə bağlı qərar verdi - YENİLƏNİB

Oxunma sayı: 421
13-06-2020, 06:27

Məhkəmə DTX-nin həbs etdiyi icra başçısı ilə bağlı qərar verdi - YENİLƏNİB
Səbail Rayon Məhkəməsində Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər vəzifəli şəxslərin barəsində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Arasdırma.info xəbər verir ki, təqdimata hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılıb.

Qərara əsasən, təqdimat təmin edilib və İ.Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Həmçinin digər vəzifəli şəxslər barəsində seçilmiş qətimkan tədbirlərinin müddətinin artırılması barədə təqdimatlar təmin edilib.

*** 16:08

Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxsləri barələrində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimat ilə əlaqədar Səbail Rayon Məhkəməsinə gətiriliblər.

"Report"un əməkdaşı xəbər verir ki, məhkəmə təqdimata baxaraq qərar qəbul edəcək.

Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Onlara qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Həmçinin rayonun digər vəzifəli şəxsləri - icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov da bu cinayət işi üzrə təqsirləndirilirlər.

Paylaş
Xəbər lentİ