Nazir şöbə müdirinə və 5 məktəb direktoruna töhmət verdi

Oxunma sayı: 476
13-06-2020, 06:34

Nazir şöbə müdirinə və 5 məktəb direktoruna töhmət verdi
Tərtər rayonu ərazisində yerləşən bir neçə ümumi təhsil müəssisəsinin inzibati binalarının, həyətyanı sahələrinin, sinif otaqlarının təyinatı üzrə istifadə edilmədiyi barədə daxil olmuş məlumatlarla əlaqədar Təhsil Nazirliyi tərəfindən yerində yoxlama aparılıb.



Arasdırma.info xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı rayonun Azadqaraqoyunlu, Əskipara, Hacıqərvənd, Qapanlı və Bəyimsarov kənd məktəblərində qeyd olunan nöqsanlar öz təsdiqini tapıb.

Qeyd olunanları nəzərə alaraq, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Yaşar Məhərrəmova və müvafiq məktəblərin rəhbərlərinə töhmət verilib, qeyd olunan halların qarşısının alınması məqsədilə aidiyyəti üzrə digər ümumi təhsil müəssisələrində də maarifləndirmə işinin aparılması tapşırılıb.

Paylaş
Xəbər lentİ