Torpaq yollarla Bakıdan çıxan sürücülərə xəbərdarlıq edildi

Oxunma sayı: 408
17-06-2020, 02:56

Torpaq yollarla Bakıdan çıxan sürücülərə xəbərdarlıq edildi
Həftə sonu sərt karantin qaydalarını pozaraq torpaq yollardan istifadə edib rayonlara gedən sürücülər cərimə olunacaqlar.

Arasdırma.info xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, İsmayıllı, Yevlax, Salyan və Kürdəmir rayonlarında hərəkət qadağan edildiyindən adı çəkilən şəhər və rayon sakinləri digər ərazilərə üz tutublar. Bu da paytaxta üç istiqamətdən giriş postlarında böyük sıxlığa səbəb olub.


Şöbə rəsi deyib ki, magistrallardan torpaq yollara girən sürücülər xüsusi texniki vasitələrin köməyi ilə aşkar ediləcək və inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.Xəzərxəbər

Paylaş
Xəbər lentİ