VƏTƏNDAŞA XİDMƏT, YOXSA SOYĞUNÇULUQ? – Namizəd Səfərov: “Məhkəmə icraçısının pul tələbi qanunsuzdur…”

Oxunma sayı: 544
27-06-2020, 10:03

VƏTƏNDAŞA XİDMƏT, YOXSA SOYĞUNÇULUQ? – Namizəd Səfərov: “Məhkəmə icraçısının pul tələbi qanunsuzdur…”
Ailələrin dağılması sonda işi məhkəmələrə qədər daşıyır ki, orada da insanlar fərqli nüanslarla üzləşirlər. Hansı ki, boşanmaya qədər əksər vətəndaşlar qanunvericilikdəki bu nüanslardan məlumatsız olurlar. Bu zaman isə, dəllallar üçün yaxşı fürsət yaranır…

Araadırma.info xəbər verir ki,həyat yoldaşından ayrılan və adının çəkilməsini istəməyən oxucularımızdan birinin “Hürriyyət”ə dediyinə görə, tərəflərin müraciəti əsasında işə məhkəmədə baxılıb. Adına heç bir əmlak olmasa da, o, məhkəmədə keçmiş həyat yoldaşına 50 min manat dəyərində evə alacağını bildirib. Düşünüb ki, validyenlərinin adına olan və birgə nikag dönəmindən əvvəl alınan və dəyəri 100 min manat olan mənzili satıb, hərəsi 50 min manata iki mənzil alar. Vətəndaşın razılığından sonra məhkəmə 3 ay müddətində keçmiş həyat yoldaşına 50 min manat dəyərində ev verilməsi haqda öhdəlik qoyub. O, elə həmin gündən valideynlərinin evini satışa çıxarıb. Üstəlik, paralel olaraq keçmiş həyat yoldaşı da evin tezliklə satılması üçün fotolarını müxtəlif saytlara qoyub, tanış maklerlərə müraciət edib. Lakin pandemiya dönəmində düşdüyündən 3 ay ərzində evi satmaq mümkün olmayıb. Məhkəmənin ona verdiyi vaxtı bitdiyi üçün, nəhayət, vətəndaş valideynlərinə aid mənzilin açarını aparıb keçmiş həyat yoldaşına və övladlarına verib, yəni evi tamamilə onlara bağışlayıb. Bu zaman onu da bildirib ki, karantin müddəti bitdikdən sonra mənzili oğlunun adına qeydiyyata saldıracaq.

Bu hadisədən təxminən bir neçə gün sonra məhkəmə içraçıları vətəndaşa zəng vuraraq işin icrasını təlbə edib. Cavabdeh tərəf məhkəmə qərarında qeyd olunan 50 min manatın qarşılığında 100 min manatlıq mənzilini keçmiş həhyat yoldaşına və övladlarına bağışladığını bildirib. Maraqlıdır ki, bu zaman məhkəmə icraçıları ailə başçısına “3 ay ərzində siz həyat yoldaşınıza 50 min manatı ödəməmisiniz, həmin vaxtdan da 20 gün keçib. Bu pulu ödəmədiyiniz üçün də icraya bu məbləğin 7%-ni, 3,5 min manat ödəməlisiniz”, – deyə bildiriblər. Bu baxımdan, vətəndaş sual edir ki, bu iş məcburi icra yönəldilmədiyi halda, məhkəmə icraçılarının ondan 3,5 min manat tələb etməsi nə dərəcədə doğrudur?

“Qanunun normasından sui-istifadə edərək vətəndaşlardan bu pulu tələb edirlər…”

Namizəd Səfərov Milli Şuradan istefa verib

Vətəndaşın müraciəti ilə bağlı hüquqşünas Namizəd Səfərov “Hürriyyət”ə deyib ki, ümumilikdə qanunda belə bir göstəriş var: “Əgər vətəndaş məhkəmə qərarını könüllü icra etmirsə və bunun üçün məhkəmə icraçıları şöbəsi onu məhkəmə qərarını icra etməyə məcbur edirsə, belə hallarda pulla dəyərə malik əmlakların 7%-i miqdardında borclu adlanan şəxs, yəni məhkəmə əleyinə qərar çıxarmış şəxs məhkəmə icraçıları şöbəsinin hesabına pul ödəməlidir. Ancaq bu işdə məsələ tamamilə başqadır. Yəni qanunun bu normasından istifadə edərək məhkəmə icraçıları əsassız olaraq, guya, məhkəmə qərarının məcburi icra edilməsinə görə vətəndaşlara qarşı belə bir tələb irəli sürürlər. Yəni “siz onu könüllü icra etmədiniz, mən onu məcburi icra edirəm”. Bu halda da ümumi məbləğin 7%-i qədər məhkəmə icraçılarının xeyrinə pul tutulmalıdır. Qanunun bu normasından sui-istifadə edərək vətəndaşlardan bu pulu tələb edirlər. Hansı ki, pulla ifadə olunan məhkəmə qərarını icra etmək üçün onların maddi imkanları yoxdur. Bəzən də məbləğlər olduqca böyük olur və o məbləğin 7%-i çox pul edir”.

“Vətəndaş bu məbləği qətiyyən ödəməməlidir”

N.Səfərovun sözlərinə görə, boşanan qadına keçmiş həyat yoldaşı 50 min pulun əvəzində 100 min manatlıq ev veribsə, əlbəttə ki, bu, tam nəzərə alınır: “Həmin kişi məhkəmə icraçılarına heç bir pul ödəməməlidir. Özü də orada məhkəmə qərarı qanunsuz çıxıb ki, “evini sat, 50 min ona ver”. Yəni bu adam məcburdur ki, evi azı 100 minə sata. Bəlkə heç bunu 100 minə alan yoxdur. Onu məcburi qaydada necə satacaq? Alqı-satqı elə bir şeydir ki, alıcı olmalıdır, onu satasan. Bu halda, məhkəmə icraçısının ondan pul tələbi qanunsuzdur. Mənim hüquqşünas kimi rəyim belədir. Müvafiq halda mart ayından bu yana koronavirusla bağlı karantin həyata keçirildiyi üçün də məhkəmə icraçısının bu gün həmin vətəndaşdan ümumi məbləğin 7%-ni tələb etməsi qanunsuzdur. Bu icra sənədi üzrə 7%-dən danışmaq mümkün deyil. Vətəndaş bu məbləği qətiyyən ödəməməlidir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının “İcra haqqında qanun”un 78-ci maddəsinin (İcra ödənişi) 1-ci bəndinə görə, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır.Hurriyet.org

Paylaş
Xəbər lentİ