Arasdirma.info

DTX-nın XİN-də keçirdiyi əməliyyatın pərdəarxası – “Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulsun”

4-07-2020, 10:31

DTX-nın XİN-də keçirdiyi əməliyyatın pərdəarxası – “Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulsun”
Deputat və sabiq nazir hadisəni şərh edərkən həyəcan təbili çalıblar: “Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm”, “Keçirilən əməliyyatda təkcə dövlət büdcəsindən ayrılan pulların mənimsənilməsi deyil, xarici ölkələrə məlumat ötürülməsi də aşkarlana bilər”

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir”.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
DTX-nın XİN-də keçirdiyi əməliyyatın pərdəarxası – “Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulsun”
Bildirilib ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

İlkin məlumata görə, əməliyyatda saxlanılanlardan biri nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadədir.

Xarici İşlər Nazirliyində baş verənləri, xüsusi ilə də nazir Elmar Məmmədyarovun fəaliyyətini həmişə sərt şəkildə tənqid edən Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı DTX-nin bu əməliyyatını “Yeni Müsavat”a şərh edib.

525-ci Qəzet - XİN Məmmədyarov və Mnatsakanyanın görüşü barədə ...

Onun sözlərinə görə bu əməliyyat gözlənilən idi: “İnanmadığım, fakta və arqumentə söykənməyən hər hansı bir fikrin önə çıxarılmasının hər zaman əleyhinə olmuşam. Gümanlar üzərində fikirlərin söylənməsi insanlarda çaşqınlıq yarada bilər. Lakin Elmar Məmmədyarovun fəaliyyət trayektoriyasını, onun özünü aparma səviyyəsini təhlil edən hər kəs bu nəticəyə gələ bilərdi. Ola bilsin ki, çoxları bu nəticəyə gəlib, amma ictimailəşdirməyiblər. Mənim üçün dövlətin maraqları hər zaman uca olduğu üçün bu mövqedən çıxış etmişəm.

İşğal edilmiş torpaqlarımızın azad edilməsində Xarici İşlər Nazirliyinin oynayacağı son dərəcə mühüm rol hər birimiz üçün həyati bir məsələdir. Ölkə prezidentinin geniş, qlobal xarakter daşıyan xarici siyasətində söykəndiyi hücum diplomatiyası Azərbaycan həqiqətlərini artıq dünyada təsdiq edə bilib. Lakin bütün bu məsələlərə Elmar Məmmədyarovun zərrə qədər də olsun töhfəsi olmayıb. O, sadəcə olaraq, hansısa prinsiplərə, öhdəliklərə söykənərək heç zaman prinsipial mövqe göstərməyib.

Mən heç vaxt onun bu cür mövqeyini qəbul etməmişəm. Fikirlərimi kəskin şəkildə ifadə etmişəm. Ötən il isə Milli Məclisdəki çıxışımda onun istefasını tələb etmişəm.

DTX daha bir nazirlikdə əməliyyat keçirdi - Keçmiş səfirdən ...

Bu vaxta qədər Xarici İşlər Nazirliyi öz yerində, sadəcə, fırlanıb. Nazirlikdə normal, sağlam, psixoloji mühit belə yoxdur. Elmar Məmmədyarov öz müavinləri ilə münasibətlərdə belə gərginlik yaşayır. Nazirlikdəki qanunsuzluqları dəfələrlə dilə gətirmişik. İndi Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı sübut edir ki, orada korrupsiya, rüşvətxorluq adi bir vəziyyət idi. Əlimdə fakt olmadığı üçün bunu açıqlamamışam. Amma belə söhbətlər də gəzirdi ki, diplomatlardan pul alınmadan onları vəzifəyə təyin etmirmişlər. Elmar Məmmədyarov tərəfindən seçilən səfirlərin özləri də onun kimi qeyri-müəyyən mövqe tuturlar. Bütün bunlar görülən idi. Bilirdim ki, Xarici İşlər Nazirliyində bir silkələnmə olacaq, islahatların küləyi bu nazirliyə də çatacaq”.
DTX-nın XİN-də keçirdiyi əməliyyatın pərdəarxası – “Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulsun”
Elmar Məmmədyarov diplomatlarla görüşə gedib » Reyting.az

Fəzail Ağamalı sualımıza cavab olaraq bildirib ki, nazirlikdə korrupsiya, rüşvət halları ilə yanaşı digər cinayət əməllərinin üzə çıxması da mümkündür.

Onun sözlərinə görə, xarici xüsusi xidmət orqanları ilə də əməkdaşlıq istisna edilmir: “Mən bunu bir neçə dəfə ehtiyatlı şəkildə öz açıqlamalarımda bildirmişəm. Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm. Lakin bu sübut olunmalıdır. Bunun ətrafında ciddi araşdırmalar aparılmalıdır. Onun işğal olunmuş torpaqlarımızla bağlı sərgilədiyi son dərəcə ört-basdır, yumşaq mövqeyi bunu deməyə əsas verir”.

Fəzail Ağamalı: “Əli Kərimli Milli Məclisdə təhqir olunanda mən ...
DTX-nın XİN-də keçirdiyi əməliyyatın pərdəarxası – “Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulsun”
Fəzail Ağamalı qeyd edib ki, bu əməliyyatlar ərəfəsində Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoymaq lazımdır:

“İndi təəssüf edirəm ki, Xarici İşlər Nazirliyi kimi mötəbər bir qurumda yaramaz hərəkətlər, qanunsuzluqlar uzun müddət özünə yer tapıb. Bu əməliyyatdan sonra Elmar Məmmədyarova ölkə sərhədlərindən kənara çıxmağa icazə vermək olmaz. Çünki onda kifayət qədər dövlət sirləri var. Şübhə etmirəm ki, bu cür xarakterli insan həmin sirləri ermənilərə ötürə bilər. Buna qətiyyən şübhə etmirəm, çünki onun ruhunda millilik yoxdur. Başdan-ayağa ermənipərəst bir insandır”.

Sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov da bu səs-küylü əməliyyatı şərh edib. Politoloq Axar.az saytına açıqlamasında bu əməliyyatın gözlənilən olduğunu bildirib:
DTX-nın XİN-də keçirdiyi əməliyyatın pərdəarxası – “Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulsun”
“Biz bundan öncə də icra hakimiyyəti orqanlarının, daha sonra nazirlik əməkdaşlarının həbs edilməsinin şahidi olmuşuq. Bu qurumlarda qanun pozuntusu, dövlət əmlakının mənimsənilməsi halları bir çoxlarına məlum idi. Ölkə başçısı da dəfələrlə xəbərdarlıq edib ki, heç kəs sığortalanmayıb, yəni ya hər kəs öz vəzifəsini vicdanla icra etsin, ya da vaxtında o postu qoyub getsin. Bu gün DTX-nin XİN-də keçirdiyi əməliyyatlar bir daha ölkə başçısının bu sözünü təsdiqləyir”.

Bunu həddindən artıq şişirtməyə dəyməz” –Tofiq Zülfüqarov Yeni Sabah

T.Zülfüqarov bildirib ki, Xarici İşlər Nazirliyi digər qurumlardan fərqlənir: “Belə ki, bu qurumda keçirilən əməliyyat zamanı təkcə dövlət büdcəsindən ayrılan pulların mənimsənilməsi və ya digər qanun pozuntuları deyil, eyni zamanda xarici ölkələrə məlumat ötürülməsi, şəxsi maraqlarını dövlətin ali maraqlarından üstün tutan şəxslərin əməlləri də aşkarlana bilər”.

Politoloq deyib ki, DTX-nin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyatın bir sıra pərdəarxası məqamları var:

“XİN-də belə bir əməliyyatın keçirilməsi təəssüf doğuran haldır. Çünki Azərbaycan Konstitusiyasına görə, ölkənin xarici siyasətini Prezident müəyyənləşdirir, onun icrasını isə XİN həyata keçirir. Düşünürəm ki, hələ nəsə demək üçün çox tezdir. Əməliyyatın nəticələrini gözləmək lazımdır. Lakin onu deyim ki, bu əməliyyatın icrasına ölkə başçısı qərar verib. Bu mənada heç kəs məsuliyyətdən qaça bilməz”.

Xatırladaq ki, ötən may ayında Mədəniyyət Nazirliyində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən əməliyyat keçirilmişdi. Əməliyyat zamanı nazir müavini və bir neçə vəzifəli şəxslər həbs edilmişdi. Onlara qarşı rüşvət, dövlət əmlakını ələkeçirmə və daha bir neçə ağır maddələrlə ittihamlar irəli sürülmüşdü. Bu əməliyyatların fonunda mədəniyyət naziri Əbülfət Qarayev prezident İlham Əliyev tərəfindən vəzifəsindən uzaqlaşdırıldı. Elmar Məmmədyarovun da eynin taleyi yaşayacağı gözlənilir./“Yeni Musavat”/

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN