Arasdirma.info

XİN-də pullar belə yeyilib - Mollazadə danışdı

7-07-2020, 07:25

XİN-də pullar belə yeyilib - Mollazadə danışdı
Biz öz istədiyimiz şirkətlərə imkan yaratmışdıq. Mənim göstərişimlə bu tender proseduru ilə Səlim məşğul olurdu. Mən Tender Komissiyasının sədri idim.

Arasdırma.info xəbər verir ki, bu sözləri DTX-nın XİN-də keçirdiyi əməliyyat zamanı saxlanılan nazirliyin İşlər İdarəsinin müdiri və Tender Komissiyasının sədri Fərhad Mollazadə deyib. O, dövlət büdcəsindən ayrılan vəsaiti hansı yolla mənimsədiklərini açıqlayıb:

“Bu prosedurlarda qanunsuzluğa yol vermişik. Köçürülən məbləğlərdən nağd pul almışıq. Məsələn, bir şirkətdən 36 min məbləğində vəsait alınmışdı. O pulu vermişdilər Səlimə, o da mənə gətirmişdi. Mən 10 faizini özümə saxladım, 10 faizini Səlimə verirdim. Qalanını da nazirliyin probleminə xərcləmişik. Müxtəlif məbləğlər olub - 59 min, 19 min və s. Açığı, çox heyfsilənirəm ki, belə bir addım atmışam və buna görə özümü çox pis hiss edirəm. Başa düşürəm ki, düz hərəkət eləməmişəm”.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN