İşdən çıxarılan İcra başçısının əmlaklarının siyahısı üzə çıxdı.

Oxunma sayı: 428
12-07-2020, 13:21

İşdən çıxarılan İcra başçısının əmlaklarının siyahısı üzə çıxdı.
Əvvəllər (2011-2015) Siyəzən icrabaşı olan, 2015-ci ildə İlham Əliyev tərəfindən Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Arif Qasımov dünən vəzifədən kənarlaşdırıldı. Onun işdən çıxarılmasına səbəb AZTV-dəki tənqidi sujetdir.
Arasdırma.info xəbər verir ki,Arif Qasımovun əmlakının siyahısı araşdırmaçı jurnalist Həbib Müntəzir tərəfindən sosial şəbəkələrdə paylaşılıb.
▪️Nizami rayonu, Məhsəti, ev 14/2 ünvanda mənzil
▪️Binəqədi rayonu, A. Gəraybəyli küç. ev 71 ünvanında mənzil
▪️Bakının Nizami rayonunda yerləşən, keçmiş OMON-un binasının yanında, 30 sot torpaq sahəsinin içərisində tikilmiş “Amazon” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;
▪️Nizami rayonu, Elşən Süleymanov küçəsi 80-də, 8 sot torpaq sahəsinin içərisində yerləşən “Kölgə” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;
▪️Nizami rayonunda yerləşən məşhur “Neolit” restoranına şərikdir. Belə ki, bu restoranın səhmlərinin 50 faizi A.Qasımova məxsusdur;
▪️Nizami rayonu, Əli Vəliyev küçəsi 24-də (“Ruslan 93” kimi tanınan mağazanın arxasında) 8 nəfərin adına sənədləşdirilimiş torpaq sahəsi. Həmin ərazinin dəyəri təxminən 8 milyon manatdır;
▪️Sabunçu rayonu, Ramana qəsəbəsində, “Şuşa şəhərciyi” adlanan ərazinin yaxınlığında 150 hektara yaxın torpaq sahəsi. Hazırda bu ərazi də satışa çıxarılıb;
▪️Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində (“Xəzər” Universitetinin arxasında) əslən Şərurdan olan Elsevər adlı iş adamı ilə şərikli binalar. Hazırda bəzi binaların tikintisi davam edir. Tikintiyə icra başçısının oğlu nəzarət edir;
▪️2011-ci ildə Nizaminin Bələdiyyə sədri olduğu vaxtlar qanunsuz yolla əldə etdiyi, Şərq küçəsi 40/85-də yerləşən və 10 nəfərin adına sənədləşdirilən torpaq sahəsi. Bölgüdə hər bir vətəndaşın adına 6 sot torpaq sahəsi rəsmiləşdirilib.
▪️Nizami rayonunda, Vərəm Disponserinə yaxın ərzidə “Çayla” çay evi yerləşən 3 mərtəbəli bina.
▪️Xətai rayonu, Keşlə qəsəbəsində (NZS pivə zavodunun yanında) 4-5 ədəd villa və hər birinin qarşısında da obyektlər;
▪️Xızı rayonu, “Altıağac” adlanan ərazidə hektarlarla torpaq sahəsi;
▪️2011-2015-ci illərdə Siyəzən rayonunda icra başçısı işləyən dönəmdə böyük ərazidə quşçuluq ferması açıb ki, hazırda da fəaliyyət göstərir.
▪️Nizami rayonu, Şərifli küçəsi 808-ci keçiddə yerləşən qara mərmərdən üzlənmiş milyonlarla dəyəri olan villa. Villanın altında böyük yaşayış kompleksinin qarajı qədər geniş olan yeraltı qaraj var. Burada A.Qasımovun dəyəri milyonlarla dollar olan maşın kolleksiyası yerləşir:

▪️300-350 min dollarlıq “Gelendevagen Brabus”,
▪️220 min dollarlıq “Mercedes GL”,
▪️həmçinin təxminən bu qiymətlərdə “Range Rover Sport”,
▪️“Mercedes S-klass” və s. markalı 30-a yaxın avtomobil
▪️ Fuad adlı oğluna məxsus iki ədəd dəyəri yarım milyon dollardan çox olan avtomobillər (dövlət nömrə nişanı “999”).
▪️Nadir adlı oğlunun hal-hazırda istifadəsində olan, 360 min dollarlıq “Mercedes-Maybach” avtomobili
▪️FORD FLEX markalı 10-DL-013 nömrəli avtomobil
▪️AUDI A6 markalı 90-GD-009 nömrəli avtomobil
▪️MERCEDES BENZ S500 markalı 90-AA-852 nömrəli avtomobil

©️ Həbib Müntəzir

Paylaş
Xəbər lentİ