Xarici İşlər Nazirliyinə üç yeni rəis təyin olunub

Oxunma sayı: 343
24-07-2020, 04:50

Xarici İşlər Nazirliyinə üç yeni rəis təyin olunub
Xarici İşlər Nazirliyində kadr təyinatı olub.
Arasd;rma/info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Leyla Abdullayeva Lent.az-a məlumat verib.
Nazir Ceyhun Bayramovun əmrinə əsasən, Şahin Bəbir oğlu İsgəndərov nazirliyin İşlər İdarəsinin rəisi, Roman Ağamalı oğlu Məmmədov Kadrlar İdarəsinin rəisi, Elnur Məmmədov isə Ümumi Katibliyin rəisi vəzifələrinə təyin olunublar.
Qeyd edək ki, Ş.İskəndərov bundan öncə Bakı Şəhər Təhsil İdarəsində Təchizat və Təminat şöbəsinin müdiri, R.Məmmədov idarənin müdir müavini, Elnur Məmmədov isə Təhsil nazirinin müşaviri vəzifələrində çalışıblar.//yeniavaz

Paylaş
Xəbər lentİ