Ermənistana silah ötürən daha bir ölkə aşkarlandı

Oxunma sayı: 325
25-07-2020, 18:11

Ermənistana silah ötürən daha bir ölkə aşkarlandı
Daha bir ölkənin Ermənistana silah ötürməsi üzə çıxıb.

Arasdırma.info xəbər verir ki, İordaniya Krallığı Ermənistanı silahlandırıb. Bu barədə haqqın.az saytı hərbi mənbələrə istinadən məlumat yayıb.

Sayt bildirib ki,İordaniya ilə Ermənistan arasında hərbi əməkdaşlığın əsası 2019-cu ildə qoyulub.Həmin vaxt Ermənistan prezidenti Əmana rəsmi səfər etmişdi. Kral II Abdullahın 2020-ci ilin fevral ayında İrəvana səfəri Ermənistanla hərbi-texniki əməkdaşlığı xeyli sürətləndirdi.

Hazırda İordaniya ilə Ermənistan arasında sıx hərbi-texniki əməkdaşlıq geniş bir sahəni əhatə edir, o cümlədən İrəvana silah və döyüş sursatı, xüsusilə də İordaniyada istehsal olunan RPG-32 əl qumbarası satılır.

Rusiyadan sonra İordaniya 2013-cü ildən bəri Ammanda rəsmi adı – “Nashshab” almış bu tip qumbaraatan istehsal edən ikinci ölkədir. Hazırda İordaniya bu qumbaraatanları xarici bazara, xüsusən də Ermənistana satır.

Hərbi mənbələrin verdiyi məlumata görə, əməkdaşlığa İordaniya tərəfdən Baş Qərargah rəisi general-mayor Yusif Huneiti nəzarət edir.

Paylaş
Xəbər lentİ