Arasdirma.info

4 yeni siyasi partiya, 30 mətbu orqan qeydiyyata alınıb - RƏSMİ

30-07-2020, 20:04

4 yeni siyasi partiya, 30 mətbu orqan qeydiyyata alınıb - RƏSMİ
İyulun 29-da Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında kollegiya iclası keçirilib
Arasdırma.info xəbər verir ki, Ədliyyə Naizrliyindən modern.az-a verilən məlumata görə, kollefiya iclasında bildirilib ki, birinci yarımildə 1,8 milyona yaxın notariat hərəkəti rəsmiləşdirilib:

"Həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 133 mindən çox əməliyyat aparılıb. Bu əməliyyatlarla bağlı 3,5 milyon manata yaxın vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 16 milyon manatadək vergi dövlət büdcəsinə köçürülüb.

Vətəndaş məmnunluğunun artırılması məqsədilə nazirlik tərəfindən 30-dan çox elektron xidmətin göstərilməsi fasiləsiz təmin edilib, bu xidmətlərdən istifadə sayı cari ildə 860 minə yaxın olub".

Qeyd olunub ki, birinci yarımildə 73 qeyri-kommersiya qurumu, o cümlədən çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 4 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb, 30-dək mətbu nəşr uçota götürülüb. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4.624, mətbu nəşrlərin sayı isə 5.343 təşkil edir"."Azsiyasət.com"

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN