“AZƏRBAYCANDA 2 MİLYONA YAXIN ŞƏXSİN 190 MANATA EHTİYACI VAR” – Deputatdan ŞOK etiraf

Oxunma sayı: 512
4-08-2020, 23:16

“AZƏRBAYCANDA 2 MİLYONA YAXIN ŞƏXSİN 190 MANATA EHTİYACI VAR” – Deputatdan ŞOK etiraf
“Azərbaycanda 2 milyona yaxın şəxsin 190 manat almasına ehtiyac var”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.

Onun sözlərinə görə, bəzi şəxslərə bir dəfə 190 manatlıq birdəfəlik ödəmə verilib: “Ancaq birinci dəfə 190 manatlıq birdəfəlik ödəmə alan şəxslər var ki, onlara müxtəlif səbəblər gətirilərək ikinci dəfə həmin vəsait verilməyib”.

Qeyd edək ki, deputat tərəfindən Azərbaycanda 2 milyona yaxın şəxsin 190 manata ehtiyacının olmasının bəyan edilməsi əslində ölkədə sosial vəziyyətin nə qədər ağır olduğunun etirafı sayıla bilər.

Bunun deputat Elnur Allahverdiyev tərəfindən deyilməsi isə sensasiya hesab olunmalıdır.


Paylaş
Xəbər lentİ