Deputat Səhiyyə Nazirliyini tənqid etdi, spiker cavab verdi

Oxunma sayı: 671
6-08-2020, 18:40

Deputat Səhiyyə Nazirliyini tənqid etdi, spiker cavab verdi
“Bu gün pandemiya dövründə Səhiyyə Nazirliyi və həkimlər əlindən gələni edirlər”.

Arasdırma.info xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur fikri yanlışdır”,- o bildirib.

Qeyd edək ki, iclasda deputat Aqil Abbas Səhiyyə Nazirliyinin fəaliyyətini sərt tənqid edib. O deyib ki, vaxtilə əlilliyi Tibbi Sosial Ekspert Komissiyası (TSEK) verirdi: “Öz işçilərinə inanmadılar əlilliyin təyinatını Səhiyyə Nazirliyinə verdilər. Guya ki, Səhiyyə Nazirliyi süddən çıxmış ağ qaşıqdı. Səhiyyə Nazirliyi öz işini görə bilmir. Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur”.

Paylaş
Xəbər lentİ