Gecə diversiya,erməni komandir əsir düşdü.

Oxunma sayı: 526
24-08-2020, 05:38

Gecə diversiya,erməni komandir əsir düşdü.
Erməni diversiya-kəşfiyyat qrupunun itki verərək geri çəkilməsi və komandir Qurgen Alaverdyanın Azərbaycan Ordusu tərəfindən əsir götürülməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyi gülünc açıqlama yayıb.

Arasdırma.info xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan zabit Qurgen Alaverdyanın guya “hərbi mövqeləri yoxlamaq üçün” getdiyini, ancaq hava şəraitinin pis olması səbəbindən "azdığını" bildirib.

“22 avqust saat 19:30 radələrində döyüş mövqelərini yoxlamaq üçün gedən Qurgen Alaverdyan hava şəraitinin pis olmasına görə azıb. Axtarış işləri davam edir”.

Maraqlıdır ki, bunun ardınca Azərbaycan Müdafiə Nazirliyinin məlumatına münasibət də bildirilib. Belə görünür ki, Ermənistan Müdafiə Nazirliyi artıq diversantların komandiri Q.Alaverdyanın əsir alındığından məlumatlıdır. Belədə, görəsən, hansı “axtarış işləri” aparırlar?

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi erməni diversiya-kəşfiyyat qrupunun Goranboy istiqamətində diversiya hücumunun qarşısını qətiyyətlə alındığı, düşmənin itki verərək geri çəkildiyi, kəşfiyyat komandiri Qurgen Alaverdyanın isə əsir götürüldüyünü açıqlayıb.

Paylaş
Xəbər lentİ