Müdafiə Sənayesi Nazirliyi "İti qovan"adlı PUA-lar istehsal edib.

Oxunma sayı: 350
22-10-2020, 18:16

Müdafiə Sənayesi Nazirliyi "İti qovan"adlı PUA-lar istehsal edib.
Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik "İti qovan” pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlayıblar.

Ali Baş Komandan İlham Əliyevin tarixə düşən bu ifadəsi PUA-ların qanadları üzərinə yazılıb. Hazırda "İti qovan” PUA-ları Azərbaycan Ordusunun istifadəsindədir.
Arasdırma.infonun məlumatına görə, hərbi ekspert Rəşad Süleymanov deyir ki, Azərbaycan 2011-ci ildən pilotsuz uçuş aparatlarının istehsalına başlayıb. Əvvəllər həmin PUA-nın adı kamikadze ''Zərbə'' olub. Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində daha sonra həmin silaha ''iti qovan'' adı verilərək seriyalı istehsalına başlanıb.


Qeyd edək ki, ''iti qovan'' adı verilən kamikadze PUA 5 saata qədər havada qala bilir.


Ekspert deyir ki, qurğuda xüsusi mini optik izləmə kamerası yerləşdirilib. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Bundan başqa ''iti qovan''ın daha bir neçə üstünlükləri də var.


Qeyd edək ki, həmin pualar Silahlı Qüvvələrin arsenalında var və Ermənistan ordusunun texnika və canlı qüvvəsinin məhv edilməsində müstəsna rol oynayır.




Paylaş
Xəbər lentİ