"Ermənilər terroru özlərinə peşə seçmiş millətlərdəndir, ilk terror təşkilatlarını da onlar yaradıblar"

Oxunma sayı: 306
26-10-2020, 04:11

"Ermənilər terroru özlərinə peşə seçmiş millətlərdəndir, ilk terror təşkilatlarını da onlar yaradıblar"
"Ermənilər savaş meydanında biabırçı məğlubiyyətdən sonra bizə qarşı müxtəlif səviyyələrdə təxribatlarını davam etdirəcəklər"


Ermənin mənfur üzünü və astarını tanıyan biri kimi bu cür terror xəbərdarlığını nə dərəcədə əsaslı hesab edirsiniz? Cəbhədə ağır məğlubiyyətə uğrayan düşmən ölkə Azərbaycanda terror törətmək iqtidarındadırmı?

Moderator.az tanınmış ermənişünas alim, professor Qafar Çaxmaqlıya bu sualla müraciət edərək aşağıdakı cavabı alıb:
"Ermənilər terroru özlərinə peşə seçmiş millətlərdəndir, ilk terror təşkilatlarını da onlar yaradıblar"
"Terror ermənilərin ənənəvi peşəsidir. Onların yaratdıqları bütün siyasi partiya və təşkilatlarının proqramlarında məqsədə çatmaq üçün terror istisna olunmur. Hələ 1885-də yaradılmış Hnçak və 1890-cı ildə yaradılmış Erməni İnqilabi Federasiyası- Daşnaksütyunun proqramlarında terror, adamları fiziki cəhətdən aradan qaldırma hədəfə çatmaq üçün vasitələrdən biri hesab olunur. Ermənilərin savaş meydanında biabırçı məğlubiyyətindən sonra istisna etmirəm ki, bizə qarşı müxtəlif səviyyələrdə təxribatlarını davam etdirəcəklər. Ermənilər dünyada terroru özlərinə peşə seçmiş millətlərdəndir. İlk terror təşkilatlarını da onlar yaradıblar. Yalnız Nemesis və ASALA-nın adını çəksək yetərli olar. PKK da ASALAnın varisi kimi davam etməkdədir. Qarabağda onların Azərbaycana qarşı vuruşması faktları onu deməyə əsas verir ki, erməni terror təşkilatları ilə PKK-nı işbirliyi mövcuddur. Həm də bu işbirliyi yeni deyildir. Hətta SSRİ zamanında Moskvada və başqa yerlərdə törədilən terror aktları, ötən əsrin 80-90-cı illərində Azərbaycanda törədilən terror fəaliyyətləri unudulmamalıdır. Bir neçə il əvvəl onlar Nor ASALA (yeni ASALA) adlı bir örgütün yaradılmasını elan etmişdilər. Beynəlxaq qınağı görüb sonradan ondan bəhs etmədilər. Ermənistanın elə özü bir terror dövləti olduğunu dəfələrlə sübut edib. İndi Ermənistan parlamentində deputatlar və politoloqların açıqlamalarında terrora açıq səslənişlər var. Bir də burada mövcud olan Sardarapat, Yerkrapa, Sasna Tsrer kimi terroru özlərinə sənət hesab edən təşkilatlar var. Onların rəhbərləri də keçmiş asalaçılardır. Sislyan, Yeniqomşyan, Manvel Qriqoryan və başqaları artıq fəaliyyətə keçiblər. Onların Azərbaycanda öldürüləcək adamların siyahısını hazırladıqları barədə məlumatlar var. Azərbaycanda partlayışlar törədədə bilərlər. ABŞ-ın Azərbaycandakı vətəndaşlarını və səfirlik işçilərini ehtiyatlandırması da bununla bağlıdır. Son dərəcə ehtiyatlı olmalıyıq. Xüsusi xidmət orqanlarımızın üzərinə çox iş düşür.

Paylaş
Xəbər lentİ