Bəzi məsələləri mediadan öyrənirəm və dərhal... – Prezident

Oxunma sayı: 563
13-02-2019, 03:26

Bəzi məsələləri mediadan öyrənirəm və dərhal... – Prezident

Bilirsiniz ki, mən Azərbaycan mediasına daim böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur. Həminə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim.

Arasdırma.info Axar.aza istinadən xəbər verir ki. bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Real TV-yə müsahibəsində bildirib.

“Şadam ki, Azərbaycan mediası ölkəmizin həyatında önəmli rol oynayır. Mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda bir çox məsələləri mediadan öyrənirəm və dərhal reaksiya verirəm. Bu barədə də mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır.

Bəzən belə bir sual verilir ki, nə üçün Prezident xarici mediaya daha çox müsahibə verir. Bunun iki səbəbi var, istərdim bu barədə də öz fikrimi bildirim, Azərbaycan mediası da bunu bilsin. Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir, Azərbaycana qarşı bir çox hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunda məqsəd ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi müstəqil, inkişaf yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni bütün bu bizə qarşı aparılan təbliğatın qarşısında biz öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanın müasir, güclü dövlət olduğunu tanıdırıq və ölkə haqqında həqiqətləri çatdırırıq.

İkinci səbəb ondan ibarətdir ki, hesab edirəm ki, ölkə daxilində gedən işlərlə bağlı müntəzəm olaraq öz fikirlərimi müxtəlif formatda bildirirəm. Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir. Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantılarında həm görülmüş işlərə qiymət verilir və ən önəmlisi, görüləcək işlər haqqında danışılır. Regional inkişaf proqramlarının icrası ilə bağlı tədbirdə il ərzində görüləcək işlər barədə çox aydın ifadələr ortaya qoyulur. Beləliklə, Azərbaycan vətəndaşları həm məndən eşidirlər hansı işlər görülüb, harda uğurlara nail olmuşuq, harda hələ ki, həll olunmamış problemlər, nöqsanlar var, eyni zamanda, görüləcək işlərlə bağlı məlumat verilir.

Müntəzəm olaraq müxtəlif mövzularla bağlı öz fikirlərimi bildirirəm, çatdırıram. Yenə də deyirəm ki, bu həm hesabat xarakterili, həm də ki, görüləcək işlər, istiqamətlər, istiqamətverici çıxışlardır.

Ona görə istərdim Azərbaycan mətbuatı bu məsələ ilə bağlı bu iki amili bilsin. Eyni zamanda, bugünkü müsahibəmiz (Real TV-yə müsahibəsi nəzərdə tutulur – red.) onu göstərir ki, mən həmişə Azərbaycan mətbuatına da açıq olmuşam və bundan sonra da belə olacaqdır”, - Prezident qeyd edib.

Paylaş
Xəbər lentİ