Hikmət Hacıyev: “FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"

Oxunma sayı: 282
30-10-2020, 22:12

Hikmət Hacıyev: “FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki hesabında "FranckMuller" saatlarının banisi Vartan Sermakesin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda və Vejnəli kəndində qanunsuz qızıl axtarışı ilə məşğul olması ilə bağlı paylaşım edib.

"Report"un məlumatına görə, paylaşımda deyilir: "FranckMuller" saatlarının banisi Vartan Sermakes Azərbaycanın işğal olnumuş Kəlbəcər rayonunda və Vecnəli kəndində qanunsuz qızıl axtarışı ilə məşğul olub. Bizdə Sermakesə qarşı cinayət işinin başladılması üçün yerlərdə daha çox fakt olacaq".

Paylaş
Xəbər lentİ