İşğal olunmuş ərazilərimizdə Ermənistanın qeyri-qanuni fəaliyyəti - FOTO

Oxunma sayı: 714
26-02-2019, 19:13

İşğal olunmuş ərazilərimizdə Ermənistanın qeyri-qanuni fəaliyyəti - FOTO
Suriyanın Hələb şəhərindən olan Əsməran ailəsi işğal olunmuş Xocalı rayonunda fermerliyə başlayıb.

Xəbər verildiyi kimi dünən ADA Universitetində “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar” adlı hesabatın təqdimatı keçirilib. Hesabatda Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni fəaliyyəti sübut edən kifayət qədər konkret faktlar təqdim olunub. İşğal edilmiş ərazilərin “AzərKosmos” ASC tərəfindən əldə olunan yüksək görüntülü peyk şəkilləri, ümumilikdə, peyk məlumatları 2016-cı ilin hesabatında verilən informasiyanı sübuta yetirir və həmin hesabatın bir sıra əsas nəticələri burada göstərilir. Hazırkı hesabat isə altı hissədən ibarətdir. Buraya məskunlaşdırma işinin aparılması və bu məqsədlə daimi sosial infrastrukturların tikintisi, təbii ehtiyatların istismarı və talan edilməsi, daimi infrastruktur dəyişiklikləri, kənd təsərrüfatı və su ehtiyatlarının istismarı, dövlət və özəl mülkiyyətin, o cümlədən tarixi və mədəni irsin dağıdılması və ətraf mühitə vurulan ziyan daxildir.
AzNews.az həmin hesabatın bəzi fotolarını sizə təqdim edir:

İşğal olunmuş Laçın rayonunda “Ariavan” yaşayış massivi. İşğal olunmuş Cəbrayıl rayonunda yeni salınmış “Arajamugh” yaşayış massivi.

İşğal olunmuş ərazilərimizdə Ermənistanın qeyri-qanuni fəaliyyəti - FOTO

İşğal olunmuş Kəlbəcər rayonundan keçən Vardenis (Ermənistan)- Ağdərə yolu. İşğal olunmuş Kəlbəcər rayonunda su infrastrukturunun tikintisi.

İşğal olunmuş ərazilərimizdə Ermənistanın qeyri-qanuni fəaliyyəti - FOTO

Tərtər rayonunun işğal olunmuş hissəsində Dəmirli mis-molibden mədəninin istismarı. İşğal olunmuş Kəlbəcər rayonunun Heyvalı kəndi ərazisində mis və qızıl mədən obyektləri.

İşğal olunmuş ərazilərimizdə Ermənistanın qeyri-qanuni fəaliyyəti - FOTO

Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz ağac kəsilməsi.

İşğal olunmuş ərazilərimizdə Ermənistanın qeyri-qanuni fəaliyyəti - FOTOthumb[=left]http://arasdirma.info/uploads/posts/2019-02/1551194446_de.png[/thumb]

İşğal olunmuş Füzuli rayonunun 347 kvadrat kilometrini, 25 kəndini əhatə edən yandırılmış ərazi Cənubdan Şimala 22 kilometr, Şərqdən Qərbə 17 kilometr uzanır.

İşğal olunmuş ərazilərimizdə Ermənistanın qeyri-qanuni fəaliyyəti - FOTO

İşğal olunmuş Qubadlı rayonunda taxıl yığımı. Suriyanın Hələb şəhərindən olan Əsməran ailəsi işğal olunmuş Xocalı rayonunda fermerliyə başlayıb.

İşğal olunmuş ərazilərimizdə Ermənistanın qeyri-qanuni fəaliyyəti - FOTO

İşğal olunmuş Şuşa rayonunda dağıdılmış Aşağı Gövhər Ağa Məscidi.



İşğal olunmuş ərazilərdə geniş miqyaslı dağ mədən işlərinin aparılması nəticəsində milyon tonlarla tullantı.

Paylaş
Xəbər lentİ