Gülər Əhmədova yeni vəzifəyə təyin ediləcək - TƏSDİQLƏNDİ

Oxunma sayı: 60
2-12-2020, 18:15

Gülər Əhmədova yeni vəzifəyə təyin ediləcək - TƏSDİQLƏNDİ
Milli Məclisin sabiq deputatı Gülər Əhmədova Müasir Müsavat Partiyasına üzv olub.

Arasdırma.info xəbər verir ki, bu barədə məlumatı Hafiz Hacıyev moderator.az-a təsdiq edib.

Gülər Əhmədova bu günlərdə adıçəkilən partiyaya üzvlüyə qəbul olunub və tezliklə təşkilatın keçirilməsi nəzərdə tutulan qurultayda partiya sədrinin müavini postuna gətiriləcək. Onun beynəlxalq münasibətlər və Türk Cümhuriyyətləri ilə iş üzrə məsələləri kurasiya edəcəyi bildirilir.

Gülər Əhmədova da məlumatı təsdiqləyib.

Gülər Əhmədova YAP-ın fəal üzvlərindən olub və partiyanın dəstəyi ilə Milli Məclisin deputatı seçilib. 2012-ci ildə ABU-nun sabiq rektoru Elşad Abullayevlə bağlı məşhur qalmaqalda Milli Məclsi üzvlüyündən istefa verib. Daha sonra deputat mandatından mərhum edilib. Qısa müddət həbsdə olub.Publika

Paylaş
Xəbər lentİ