Nazir general-mayoru vəzifədən azad edib? - Rəsmi

Oxunma sayı: 456
2-12-2020, 15:32

Nazir general-mayoru vəzifədən azad edib? - Rəsmi
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Arasdırma.info xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.

O bildirib ki, idarə rəisi hazırda iş başındadır:

"Bununla bağlı yayılan məlumatlar yalandır. İdarə rəisi hazırda vəzifəsini icra edir".

Xatırladaq ki, bu gün səhər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda bildirilirdi ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə R.Zeynalov tutduğu vəzifədən azad edilərək yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

R.Zeynalovun 70 yaşı gələn il, 19 fevralda tamam olacaq.Axar.az

Paylaş
Xəbər lentİ