Azərbaycan-İran körpüsü – Xudafərinlə bağlı qərar – VİDEO

Oxunma sayı: 285
28-01-2021, 00:16

Azərbaycan-İran körpüsü – Xudafərinlə bağlı qərar – VİDEO
Azad edilən Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüləri yenidən qurula və bərpa edilə bilər.

Bu barədə müsahibəsi zamanı İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.

Səfir artıq bununla bağlı İran və Azərbaycan Xarici İşlər nazirləri arasında da məsələnin müzakirə olunduğunu deyib.

Seyid Abbas Musəvi Xudafərin körpüsü haqqında danışarkən bildirib:

“Prezident İlham Əliyevin dostluq rəmzi adlandırdığı bu müştərək sərhəddə olan Xudafərin körpüsü məsələsi iki ölkənin xarici işlər nazirləri arasında gedən görüşlərdə müzakirə edilib və körpülərin yenidən qurulması, bərpası barədə fikir mübadiləsi aparılıb. Eləcə də, hər iki ölkə bu tarixi abidələrin UNESCO-da müştərək şəkildə qeydə alınması barədə birgə bəyanat verəcəkləri haqqında razılığa gəliblər”.

Daha ətraflı süjetində:

Paylaş
Xəbər lentİ