Vasif Talıbov naziri vəzifəsindən niyə qovdu? – İlginc iddialar

Oxunma sayı: 663
15-05-2019, 09:27

Vasif Talıbov naziri vəzifəsindən niyə qovdu? – İlginc iddialar
Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun əmri ilə iqtisadiyyat naziri Famil Seyidov vəzifəsindən azad edilib


Nazirin vəzifəsindən azad olunmasının ilginc səbəbləri üzə çıxıb. Əldə etdiyimiz xəbərə görə, Muxtar Respublikada fəaliyyət göstərən iş adamlarının Seyidovla bağlı kütləvi şikayətləri V. Talıbovu belə bir addımı atmağa məcbur edib.

Nazirin qeyri-qanuni olaraq sahibkarları sıxışdırması, onlardan əlavə haqqların tələb olunması Naxçıvanda onlarla iş adamının nəinki müflisləşməsinə, külli miqdarda borca düşmələrinə səbəb olub. Həmçinin, F. Seyidovun özünün müxtəlif şəxslərin adından banklardan kreditlər götürdüyü və hazırda kredit borcunun 5 milyon manat civarında olduğu da qeyd edilir.

Əgər sahibkarların MR rəhbərliyinə etdiyi şikayətlər öz təsdiqini taparsa, sabiq nazir haqda cinayət işinin açılması istisna edilmir.


Onu da vurğulayaq ki, hazırda NMR-nın rəhbərliyinə ən çox şikayətlərdən birnin də Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov haqda olduğu bildirilir. V. Talıbovun yaxın müddətdə həmin nazir haqda da analoji qərar verəcəyi gözlənilir.

F. Seyidov barəsində bu vaxta qədər mediada da şikayətlər işıqlandırılıb. Onun “Araz-3” şirkətində çalışan şəxslərin əməkhaqlarını verməməsi haqda qalmaqallı materiallar yayılmışdı.

Daha bir qalmaqal isə onun özünə tikdirdiyi villa ilə bağlı olmuşdu. Həmin xəbərə görə, Şahbuz rayonunun Kükü kəndində tikdirdiyi gözqamaşdıran, dəbdəbəli villasının inşaasına nəinki muzdlu fəhlələri, dövlət idarələrində çalışan dövlət qulluqçularını da cəlb etmişdi. Və həmin imarətin tikintisində iştirak edənlərə heç bir zəhməthaqqı ödəməmişdi.(yeni sabah)

Paylaş
Xəbər lentİ