Daha İki general həbs olundu.

Oxunma sayı: 355
5-04-2021, 22:13

Daha İki general həbs olundu.
Ötən gün Eldar Mahmudova yaxın daha 2 general həbs edilib.
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin iki generalı həbs edilib.
Arasdırma.info Azadlıq qəzetinə istinadən xəbər verir ki,keçmiş nazir Eldar Mahmudova yaxınlığı ilə seçilən generallar Nizami Şirinov və Mövlam Şıxəliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Onların hər ikisi Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Daha sonra Nəsimi Rayon Məhkəməsi tərəfindən hər iki general barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, yaxın vaxtlarda məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
N. Şirinov ləğv edilən MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi, M. Şıxəliyev isə İstintaq Baş İdarəsinin rəisi işləyib.

Paylaş
Xəbər lentİ