Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə yeni sədr təyin edilib SƏRƏNCAM

Oxunma sayı: 304
5-04-2021, 22:23

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə yeni sədr təyin edilib SƏRƏNCAM
Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Xatırladırıq ki,məlumata görə, bu təyinatadək Zaur Mikayılov "Bravo” supermarketlər şəbəkəsinin icraçı direktoru olub. 2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan gənc mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib.

2001-2009-cu illər ərzində "Bakcell” MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb.

Daha sonra Zaur Mikayılov "PAŞA Construction” tikinti şirkətində yüksək vəzifə tutub. Belə ki o, "Port Baku Towers”in baş direktoru olub.

"Bravo” supermarketlər şəbəkəsinə rəhbərlik etməmişdən öncə isə Zaur Mikayılov "Agro Dairy” MMC-də baş direktor vəzifəsini tutub. Adıçəkilən şirkət "PAŞA Holdinq”in strukturuna daxildir.

Zaur Mikayılov Bosfor Universitetinin "Biznesin idarə olunması” fakültəsini bitirib.//index

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə yeni sədr təyin edilib SƏRƏNCAM

Paylaş
Xəbər lentİ