Baş prokuror bu şəxsləri xüsusi nəzarətə götürdü

Oxunma sayı: 359
8-04-2021, 23:39

Baş prokuror bu şəxsləri xüsusi nəzarətə götürdü
Baş prokuror Kamran Əliyev Vətən müharibəsində itkin düşən 25 hərbçinin ailə üzvləri ilə görüşüb.

Bu barədə Axar.az-a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluqda görüş zamanı itkin düşən hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb, onların şikayətləri dinlənilib və qeydiyyata alınıb.

Məlumata görə, itkin düşən hərbi qulluqçuların ailə üzvlərinin hər biri Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Paylaş
Xəbər lentİ