“Boz kardinal” jurnalisti niyə tutdurur - QALMAQAL

Oxunma sayı: 290
12-04-2021, 14:26

“Boz kardinal” jurnalisti niyə tutdurur - QALMAQAL
Aprelin 10-da evində yeddi saat axtarış aparılmış “Vajnıy istoriy” portalının baş redaktoru Roman Anin sabah-aprelin 12-də yenidən Federal Təhlükəsizlik Xidmətində(FTX) sorğuya çağırılıb.

Aninin rəhbərlik etdiyi redaksiyanın ofisindən də bütün kompüterlər, hətta özünə aid olmayan telefonlar və sənədlər aparılıb. Axtarış zamanı müstəntiqlər, xüsusən ingilis dilindəki sənədlər, bank kartları və Aninin ABŞ-da təhsil aldığı fotoşəkilləri ilə maraqlanıblar. Axtarışdan sonra jurnalist gecə ilə Rusiya İstintaq Komitəsinə aparılıb. "Əgər getməkdən imtina etsəydik, onda Romanı tutulacaqdı. Buna görə də könüllü getməyə qərar verdik" deyə, jurnalistin vəkili Anna Stavitskaya bildirib. Anin İstintaq Komitəsində özünə qarşı ifadə verməmək hüququ ilə bağlı konstitusiyanın 51-ci maddəsinə istinad edərək ifadə verməkdən imtina edib.


Vəkil deyib ki, gecə dindirmə ilə razılaşa bilməzdilər, üstəlik bunu üçün fövqəladə səbəb də olmayıb. O səbəbdən jurnalistin növbəti dindirilməsi aprelin 12-nə təyin edilib.


İstintaq Komitəsinin binasından çıxarkən onu gözləyən jurnalistlərə açıqlama verən Anin deyib ki, axtarışa səbəb 2016-cı ildə “Şahzadə Olqanın sirri” araşdırma yazısıdır. “Rosneft” rəhbəri İqor Seçinin dünyanın ən lüks yaxtalarından birini necə əldə etməsinə dair yazı o zaman ciddi rezonans doğurumuşdu. Həmin yazı Aninin o zaman işlədiyi “Novaya qazeta”da dərc edilib.

Bundan sonra "Rosneft" in rəhbəri İqor Seçin nəşrə şərəf və ləyaqətin qorunması üçün iddia qaldırıb, məhkəmə məqalənin təkzibini yayımlamağa qərar verdi. Seçin o vaxtkı həyat yoldaşı Olqa da qəzetə qarşı iddia qaldırıb, lakin məhkəmə onu baxılmaq üçün qəbul etməyib.


İşin istintaqı martın 24-də yenidən bərpa edilib və 7 apreldə Basmannı Məhkəməsinin hakimi jurnalistin evində və ofisindəı axtarış aparmaq qərarı verib. Jurnalist bildirir ki, yaxta barədə yazını əsasən, Olqa Seçinanın İnstaqramda yayımladığı fotoşəkillər əsasında hazırlayıb, bu səbəbdən hansı şəxsi həyatın məxfililiyin pozulmasından söhbət getdiyini anlamır.

"Niyə birdən-birə indi bu iş canlandı? Rusiya İstintaq Komitəsində bu işin yenidən gündəmə gəlməsini istəyənlərin hansı düşüncələrinin olduğunu söyləmək çətindir. Ancaq əlbəttə ki, bu, Aninin jurnalist fəaliyyəti ilə əlaqədardır” deyə, vəkil bildirib.

Son iki ayda “Rosneft” mediaya qarşı 9 məhkəmə iddiası qaldırıb. Onların sırasında “Vajnıy istoriy”nın başqa bir əməkdaşı Roman Sleynov da var. Jurnalistin 2014-cü ildə İtaliyadakı təkər nəhəngi Pirellinin səhmlərinin dövlət şirkəti tərəfindən satın alması ilə bağlı “"Rosneft” üçün tans oynayan" başlıqlı yazı etiraza səbəb olub. Məhkəmə iddianı qəbul etsə də, indiyə qədər baxılmamış saxlayıb.

“Açıq Media” jurnalistin dostuna istinad edərək, FTX-nın Aninin fəaliyyətini çoxdan izlədiyini yazıb. Nəşrin mənbəsinə görə, 2016-cı ilin yayında yaxta ilə bağlı yazının dərcindən sonra jurnalist nəzarətə alınıb. Sonra isə məhkəmə Seçin haqda məqaləni silməsinə qərar verib.

Xüsusi xidmət şöbələrindən birinin rəhbərliyinə yaxın bir mənbə “Açıq Media” ya verdiyi açıqlamada FTX-nın 2020-ci ilin dekabrında yenidən Aninə xüsusi “diqqət edib”. Onun sözlərinə görə, buna Rusiya prezidenti Vladimir Putinin keçmiş kürəkəni Kirill Şamalovla bağlı "Mühüm əhvalatlar" yazısı olub. Mənbənin verdiyi məlumata görə, həmin yazı Şamalovun poçt yazışmalarına əsasında hazırlanıb. FTX elektron poçtlara qanunsuz girişi yoxlamaya başlayıb.

Avropa Birliyi jurnalistlə bağlı məsələyə dərhal reaksiya verib. Aninin mənzilində və redaksiyanın ofisində axtarışları pisləyib. “Hökumətlər jurnalistlərin qanuni işlərini görmələrini təmin etməli və onlara mane olmamalı və ya onları qorxutmamalıdır. Rusiya səlahiyyətlilərini beynəlxalq və daxili öhdəliklərinə əməl etməyə çağırırıq. Medianın azadlığına hörmət edilməlidir. Aİ bu məsələni yaxından izləməyə davam edəcək ” deyə, Avropa Birliyinin bəyanatında deyilir.

Qeyd edək ki, Seçin Rusiyanın ən qüdrətli adamlarından biri və Kremlin "boz kardinal"ı sayılır. Bir neçə il əvvəl Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin "Rosneft" şirkətindən 2 milyon dollar rüşvət alarkən həbs olunması geniş müzakirələrə səbəb olmuşdu. Bildirilirdi ki, məhz Seçin Federal Təhlükəsizlik Xidmətinin əliylə naziri həbs etdirib.//musavat

Paylaş
Xəbər lentİ