Kəmaləddin Heydərov tanınmış jurnalistə VƏZİFƏ VERDİ

Oxunma sayı: 283
29-07-2021, 21:39

Kəmaləddin Heydərov tanınmış jurnalistə VƏZİFƏ VERDİ
Tanınmış jurnalist, Vətən müharibəsinin iştirakçısı Pərviz Aslanov Fövqəladə Hallar Nazirliyində (FHN) yeni vəzifəyə təyin edilib.

Arasdırma.info Report-a istinadən xəbər verir ki, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, P.Aslanov FHN-in Mətbuat xidməti şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, P.Aslanov 29 sentyabr 2020-ci il tarixindən başlayaraq Vətən müharibəsində qəhrəmancasına iştirak edib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Jurnalist P.Aslanovun sonuncu iş yeri Lider TV olub.
Kəmaləddin Heydərov tanınmış jurnalistə VƏZİFƏ VERDİ

Paylaş
Xəbər lentİ