"İnsanların həyatı üçün təhlükəli mikroorqanizmlər..."

Oxunma sayı: 613
25-07-2019, 08:13

"İnsanların həyatı üçün təhlükəli mikroorqanizmlər..."
"İnsanların həyatı üçün təhlükəli mikroorqanizmlər..."Bunu bir müddət əvvəl İqtisadiyyat Nazirliyi Hicaz məhsulları haqqında məlumatda demişdi.Bu müddət ərzində nə dəyişib.Yenə də həmin texnologiya,həmin kimyəvi qatqılar insan həyatına təhlükə yaradır.Son zamanlar ət və ət məhsullarından zəhərlənmələrin sayı artdığından,Hicaz kolbasa və sosisləri barədə araşdırma apardıq.Sabunşu rayonunda yerləşən E.Mehdiyev küçəsi 3v də yerləşən müəssisəyə yollandıq.Lakin burada qapılar elə bağlanıb ki,kənar adamlar içəri buraxılmır.Mətbuat işçiləri olduğumuzu eşidib,daha da kobud rəftar etdilər.Müəssisənin rəhbəri olan Əli adında bir nəfərlə telefon əlaqəsi saxladıq.Bəzi suallara cavab alsaq da,bu bizi qane etmədi.Çünki məhsulların necə hazırlandığını,onlara qatılan kimyəvi qatqıları göstərməkdən çəkindilər.Əli müəllimin məhsullarının niyə keyfiyyətsiz olduğu və zəhərlənməyə səbəb ola biləcəyini soruşduqda isə,o,məsuliyyəti boynundan ataraq günahı marketlərdə gördü.Onun sözlərinə görə:-Biz məhsullarımızı xüsusi soyuducu avtomobillərdə marketlərə çatdırırıq,məhsulun xarab olması və ya vaxtı keçməsi bizə aid deyil."
Bu baxımdan adı çəkilən müəssisənin AQTA və Səhiyyə Nazirliyi tərəfindən ciddi yoxlamalarına ehtiyac var.
Bu gün də ərzaq məhsulları bazarına nəzarət tədbirləri davam etdirilir.Lakin müəssələrin cidi xəbərdarlıqdan sonra nöqsanların aradan qaldırması məsələsi şübhə altındadır.
Bir müddət əvvəl yoxlamalar zamanı yayılan məlumat isə məhz "Hicaz 313"MMC barəsində idi.Xəbərman.coma istinadən həmin məlumatı sizə çatdırırıq.

"İstehlak bazarında keyfiyyətsiz malların satışının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan malların ilkin laborator müayinəsi zamanı "Hicaz 313” MMC tərəfindən istehsal olunan ət məhsullarının tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

Xeberman.com xəbər verir ki, bu pozuntuların daha çox istehsal mənşəli olduğu nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən "Hicaz 313” MMC-yə məxsus istehsalat sahəsində birgə nəzarət tədbirləri həyata keçirilib, məhsulların müayinəsi üçün nümunələr götürülüb.

Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində "Hicaz” adlı mal və toyuq ətindən əla növ sosiskada nişastanın kütlə payının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu aşkar edilib.

Qanun pozuntularına təkrar yol verilməməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi barədə "Hicaz 313” MMC-yə göstəriş verilib.

İstehlak bazarında nəzarət tədbirləri davam etdirilir.

İqtisadiyyat və Səhiyyə nazirlikləri bir daha sahibkarlıq subyektlərinə ərzaq məhsullarının istehsalı prosesində normativ texniki tələblərə, sanitariya norma və qaydalarına ciddi əməl edilməsini, məhsulların keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasını təmin etməyi tövsiyə edir.

Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkarlıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri görüləcək."

Paylaş
Xəbər lentİ