Azərbaycanda üçüncü zəlzələ - Yeniləndi

Oxunma sayı: 542
11-08-2019, 15:21

Azərbaycanda üçüncü zəlzələ - Yeniləndi
Gürcüstan-Azərbaycan sərhədinin 30 kilometrliyində - Azərbaycan ərazisində 5,1 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstan Seysmik Monitorinq Milli Mərkəzi yayıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi də açıqlamasında zəlzələnin episentrdə 5 bal, ətraf rayonlarda 4-3 bala qədər hiss olunduğunu bildirib.

Qeyd olunub ki, yeraltı təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ Tiflisdə də hiss olunub. Yeraltı təkanların episentiri 10 kilometr dərinlikdə yerləşib.

***

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Zaqatalada baş verən zəlzələ barədə növbəti məlumat yayıb.

Məlumatda zəlzələnin episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunduğu bildirilib.

***

Zaqatalada ikinci zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) APA-ya verilən xəbərə görə, ilkin məlumatlara əsasən yerli vatla saat 14:00-da Zaqatala stansiyasından 14 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

***

Zaqatalada üçüncü zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Axar.az-a bildirilib ki, Zaqatala seysmoloji stansiyasından 14 kilometr cənub-qərbdə Zaqatala ərazisində maqnitudası 3.7 olan zəlzələ baş verib.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 15:22-də qeydə alınıb.

Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

***

Avqustun 10-da Zaqatala rayonu ərazisində baş verən zəlzələ ciddi dağıntılara səbəb olmayıb.

Yeraltı təkanlar nəticəsində yalnız Maqov kənd sakini Məhəmməd Davudova məxsus fərdi evin divarı uçub. Həmin ev 2012-ci ilin mayında baş verən zəlzələ zamanı qəzalı vəziyyətə düşdüyü üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyasının rəyi ilə evdə bərpa-gücləndirmə işlərinin aparılması qərara alınmışdı. Bu məqsədlə vaxtilə ev sahibinə müvafiq vəsait də ödənilib.

Bu barədə Azərtac-a Zaqatala rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Tofiq Əhmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, yerlərdən daxil olan müraciətlərə görə, yeraltı təkanlar nəticəsində əvvəlki zəlzələlər zamanı ziyan dəymiş bəzi fərdi evlərin divarlarında yeni çatlar əmələ gəlib. Hazırda komissiyaya daxil olmuş müraciətlər araşdırılır.

Paylaş
Xəbər lentİ