"Facebook" tanışlıq üçün yeni xidmət istifadəyə verib - FOTO

Oxunma sayı: 518
22-09-2019, 06:29

"Facebook" tanışlıq üçün yeni xidmət istifadəyə verib - FOTO
Facebook" tanışlıq üçün yeni xidmət istifadəyə verib.

Arasdırma.info xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizdə bildirilir.

Qeyd edilir ki, "Dating" adlanan yeni xidmətdən istifadə ABŞ, bir sıra Latın Amerikası və cənub-şərqi Asiya ölkələrində, 2020-ci ildə isə Avropada ölkələrində mümkün olacaq.

"Facebook Dating"də profili yalnız yaşı 18 və bundan yuxarı olanlar yarada biləcək. Xidmət şəxsin hesabındakı informasiyaya əsaslanaraq tanış olmaq üçün başqalarını tövsiyə edəcək. İstifadəçilər yeni proqramda həmçinin öz statuslarını "Instagram"dan paylaşa biləcəklər.

Qeyd edilir ki, tanışlıq üçün xidmət tezliklə Argentinada, Braziliyada, Kolumbiyada, Meksikada, Sinqapurda, Tailandda və Vyetnamda istifadəyə veriləcək. 2020-ci ildə bu xidmətdən Avropa ölkələrinin sakinləri də istifadə edə biləcəklər.Report.az

Paylaş
Xəbər lentİ