Bu binaların "fatihə"si verilib

Oxunma sayı: 504
25-09-2019, 06:11

Bu binaların "fatihə"si verilib
İsrafil Kərimov: "Həmin binalarda vətəndaşlar yaşadığı üçün hələ orada söküntü prosesinə başlanılmayıb"

Bakıda 17 qəzalı bina var. Və artıq həmin binaların sakinlərinin köçürülməsinə başlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov məlumat verib.

O qeyd edib ki, hazırda iki binanın sakinləri köçürülür: "Bunlar Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 150 və Səbail rayonu, 20-ci sahə, A.İsmayılov küçəsi, 51 ünvanlarında yerləşən binalardır. Həmin binalarda 3-4 ailə qalıb. Onların da köçürülməsi həyata keçirildikdən sonra binalar qəzalı olduğu üçün söküləcək. Binalarda vətəndaşlar yaşadığı üçün hələ söküntü prosesinə başlanılmayıb".Sputnik.az


Paylaş
Xəbər lentİ