Ən çox qanunsuz torpaq satışı Suraxanı rayonundadır? Neftlə zəngin torpaqların satışına görə...

Oxunma sayı: 443
4-10-2019, 08:21

Ən çox qanunsuz torpaq satışı Suraxanı rayonundadır? Neftlə zəngin torpaqların satışına görə...
Son günlər Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olan torpaqların qanunsuz olaraq satışına dair bir sıra narazılıqlar yaşanmaqdadır. Özünü Qarabağ qazisi kimi təqdim edən bir qrup şəxs son günlər yerli medianın gündəmini zəbt edib. Müzkirə edilən əsas mövzulardan biri də, dövlətə məxsus torpaqların zaman-zaman kimlər tərəfindən satılması ilə bağlıdır.

Sosial şəbəkələrdə ən çox müzakirə edilən sual da elə budur. Məmurlar, yerli icra nümayəndəlikləri SOCAR-a məxsus torpaqları heç bir sənəd vermədən zamanla vətəndaşlara satıblar. İndi isə prosses geridönməz bir xarakter alıb. Gundeminfo.az-a danışan mənbə iddia edir ki, Bakıda ən çox neftli ərazilərin satışının ayrı-ayrı məmurlar tərəfindən həyata keçirildiyi rayonlardan biri də Suraxanı rayonudur. Suraxanı rayonu əsasən neft buruqlarının yerləşdiyi rayondur. Düzdür son bir neçə ildə prosses qismən də nəzarətə götürülsə də, lakin Suraxanıda İlqar Abbasovun başçı təyin olunmasından sonra vəziyyət daha da drammatik hal alıb.

Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2005-cı il tarixli Sərəncamı ilə Suraxanı rayon İcra hakimiyətinin başçısı vəzifəsinə Abbasov İlqar Namaz oğlu təyin edilib. 2005-ci ildən bəri başçı işləyən İlqar Abbasov uzun illərdir ki, Dünya Bankından alınan kreditlər hesabına, o cümlədən də müvafiq dövlət qurumları hesabına alınan kreditlərlə bağlı olaraq rayon ərazisində qanunsuz torpaq və tikililərin kadastr planını hazırlamalı idi. Lakin bu gün sosial şəbəkələrdə mövcud olan video görüntülər və yazılı lşikayətlər Suraxanı rayonundan o qədər kütləvidir ki, bu 14 illik icra başçısı dövrünə görə, İlqar Abbasovun yaxın zamanlarda yumşaq sonuc olaraq işdən atılması ilə nəticələnə bilər. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. (Gündəminfo)

Paylaş
Xəbər lentİ