Qanunsuz balıq ovuna görə məsuliyyətə cəlb olunanların sayı açıqlandı

Oxunma sayı: 428
11-10-2019, 19:15

Qanunsuz balıq ovuna görə məsuliyyətə cəlb olunanların sayı açıqlandı
Ekoloji cinayətkarlığa, brokonyerliyə qarşı mübarizə sahəsində Xəzər dənizində və respublikanın digər sututarlarında keçirilən tədbirlər nəticəsində bu ilin doqquz ayı ərzində Su Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində 96 cinayət işinin araşdırılması aparılıb.
Arasdırma.info xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.

Onun sözlərinə görə, ekoloji hüquqpozmalar sahəsində 84 izibati xəta faktı aşkar edilib:

“Cinayət və inzibati xəta törətdiklərinə görə 182 nəfər məsuliyyətə cəlb olunub, onlardan qanunsuz balıqovlamada istifadə olunan 45 ədəd qayıq, 241 tor, doqquz mühərrik və başqa ov vasitələri, 9 ton 444 kq müxtəlif növ balıq, 4011 ədəd krivet və digər su bioresursları götürülüb”.

E.Süleymanov qeyd edib ki, cinayət hadisələri nəticəsində təbiətə 42 min manat ziyan vurulub, bundan istintaq zamanı 20 min manatı ödənilib:

“İnzibati xəta faktları törədənlər isə 6780 manat cərimə ediliblər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edilərək qeyri-qanuni, kustar üsulla hisə verilmiş balıq məhsulları hazırlayan şəxslər aşkar edilib, barələrində tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə Agentliyə göndərilib.

Eyni zamanda, Xəzər dənizi akvatoriyasında və respublikanın digər sututarlarında keçirilmiş tədbirlər nəticəsində partlayıcı maddələrdən və elektrik gücləndiricilərdən istifadə edərək balıq ovlayan şəxslər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb”.

Paylaş
Xəbər lentİ