"Azərsu"da da islahatların aparılması labüddür.

Oxunma sayı: 1 162
24-10-2019, 23:37

"Azərsu"da da islahatların aparılması labüddür.
"Azərsu"ASC-də baş verən korrupsiya faktları və müxtəlif yeyintilər barədə kifayət qədər məqalələr dərc olunub.Azəesu rəhbərinin öz ətrafına qohum əqrabasını yığaraq dövlət əmlakını talaması faktları barədə çox deyilib.Lakin müxtəlif yerdəyişmələr aparmaqla məsələni ört basdır etməyə nail olmuşlar.Bu gün də tez tez rayon su kanal idarələrinin yerinin dəyişdirilməsi ,yeyintilərin izini itirmək üçündür.
Bu gün söhbət açacağımız məmur,Bakı Sukanal İdarəsinin rəisi Habil Quliyevdir.Redaksiyamıza daxil olan məlumata görə Habil Quliyev idarədə özbaşınalıq edir.İlginc məlumatlardan biri ondan ibarətdir ki,Hövsan qəsəbəsində yerləşən KNS də qəza baş verib və qəzada yanıq xəsarəti alan əməkdaş Özəl klinikalardan birinə yerləşdirilir.Həmin klinika"məşhur Diaqnoz klinikasıdır.Hamıya məlumdur ki,bu klinika Azərsu"nun rəhbəri Qorxmaz Hüseynova məxsusdur.Klinikaya isə kirvə sayılan Ələddin Cabbarovdur.Klinika ilə bağlı şikayətlərin sayı hesabı yoxdur.Amma bu ayrı bir mövzudur."Diaqnoz"Klinikası və orada baş verənlər barədə gələn saylarımızın birində məlumat verəcəyik.
Hal hazırda Azərsuda baş verən qanunsuzluqlar barədə iddialar deyilməkdədir.Qorxmaz Hüseynovun qohumlarının Azərsunu dağıtması məsələsi gündəmə gəlib.Bu iddialardan biri də, Suraxanı Sukanal İdarəsinin rəisi İlham Əliyev haqqındadır.Deyilənə görə Rayon ərazisində tikilən "obyektlərin"su kanalizasiya xəttlərinin çəkilməsi müəyyən görüm baxım müqabilində həll olunur.Hətta özünə bu yaxınlarda milyonlar dəyərində olan daşınmaz əmlak əldə etdiyi də deyilir.Ərazidə yeni sayğacların qoyulması əlavə məbləğ lazımdır.Korrupsiya faktlarının araşdırılması üçün Prokurorluğa müraciət olunub.
İddialarla bağlı araşdırmamız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Paylaş
Xəbər lentİ