Arasdirma.info

Azərbaycanda uşaqlıqdan kənar hamiləliklərin sayı artıb

24-02-2017, 03:18

Azərbaycanda uşaqlıqdan kənar hamiləliklərin sayı artıb“Son illərdə Azərbaycanda ana ölümünün sayı azalıb, 2016-cı ildə hər 100 min doğulmuşa 13,8 promil olub”.

arasdirma.info-ın APA-ya istinadən verdiyi xəbərinə görə, Səhiyyə Nazirliyin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib ki, burada nəinki stasionar həkimlərin, həmçinin antenontal qulluq göstərən həkimlərin də böyük rolu var.

Onun sözlərinə görə, ölkədə antonental qulluq qanunlara uyğun şəkildə qadın məsləhətxanalarında göstərilir: “Qadınlar hamiləliyin 12-ci həftəliyinədək məsləhətxanaya müraciət etməlidirlər. Son vaxtlar bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaqlıqdan kənar hamiləliklərin sayı artıb. Bunu vaxtında aşkar etdikdə cərrahiyə müdaxilə olmadan aradan qaldırmaq mümkündür. Qadın 6-7 həftəlik müddətində həkimə müraciət edərsə, qadın məsləhətxanasının həkimi müayinələr apararaq, bu hamiləliyin uşaqlıq və ya boruda olmasını təyin edir. Müasir texnologiyalar bizə imkan verir ki, xüsusi dərmanlardan istifadə edərək xəstəxana şəraitində heç bir müdaxilə etmədən qadını bu hamiləlikdən sağlam şəkildə xilas edə bilək. Buna görə də hamiləliyin ilk günlərində həkimə müraciət etmək vacibdir”.

Baş mama-ginekoloq vurğulayıb ki, hamilələrin qadın məsləhətxanasına növbəti gəlişi 18-ci həftədən 20-ci həftəyə kimi olmalıdır. Üç aylığında ana bətnində olan döl artıq formalaşmağa başlayır: “Döldə hansısa kobud qüsurlar varsa, bunu həmin müddətdə görmək mümkündür. Həmin qüsurlar yaşama qabiliyyəti olmayan qüsurdursa, onda qadına tibbi şəraitdə bu hamiləliyi sonlandırmaq təklif edilir”.

A.M.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN