Komitə sədrindən Gürcüstan qeydiyyatlı maşınlarla bağlı - RƏSMİ AÇIQLAMA

Oxunma sayı: 401
26-11-2019, 19:08

Komitə sədrindən Gürcüstan qeydiyyatlı maşınlarla bağlı - RƏSMİ AÇIQLAMA
Xarici dövlət nömrəsi olan avtomobillərin ölkə ərazisində qalma müddətinə dair qanunvericilikdə hər hansı bir dəyişiklik olmayıb.

Arasdırma.info xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev jurnalistlərin sualına cavabında deyib.

Komitə sədri bildirib ki, sadəcə, əvvəllər bunu gömrük əməkdaşları hesablayırdısa, artıq bunu sistem avtomatik olaraq hesablayır.


“Gömrük Məcəlləsinin 305 saylı qərarının 4.3-cü maddəsində yazılıb ki, qeyri-rezident vətəndaşlar Azərbaycana nəqliyyat vasitəsilə gəldiyi zaman bir gündən 90 günə qədər gəlişinin məqsədi bəyan edilməklə müvəqqəti idxal rejimində heç bir rüsum və vergi ödəmədən daxil ola bilir.

Bundan sonra bir ilə qədər müddətin uzadılması o zaman baş verə bilər ki, Azərbaycanda işlədiyini sənədlər vasitəsilə təsdiq etsin. Bu da Gömrük Məcəlləsinin 258-ci maddəsinə uyğun olaraq təlimat üsulları ilə tənzimlənir”.Cahantv.az

Paylaş
Xəbər lentİ