“Hələlik yorulmamışıq” - Kəmaləddin Heydərovun 81 yaşlı deputat atası

Oxunma sayı: 545
1-12-2019, 16:06

“Hələlik yorulmamışıq” - Kəmaləddin Heydərovun 81 yaşlı deputat atası
Milli Məclisin deputatı, parlamentin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov növbədənkənar parlament seçkilərində namizəd olacağını istisna etməyib.
Arasdırma.info xəbər verir ki, deputat növbədənkənar parlament seçkilərində yenidən iştirak edib-etməyəcəyi məsələsinə münasibətini bildirərkən “hələlik yorulmamışıq” deyib.

Bununla yanaşı F.Heydərov bu məsələdə tələsməyə luzum görməyib:

“Tələsik fikir söyləməyə də ehtiyac yoxdur”.

Qeyd edək ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərovun 81 yaşı var, 1995-ci ildən MM-də təmsil olunur. /Etikxeber.az

Paylaş
Xəbər lentİ